Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xocalılar üçün nicat yolu oldu

0

  • İyun ayının 15-də
    Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy şəhərində yerləşən Heydər
    Əliyev Mərkəzində Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi.
    Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun hüquq-mühafizə
    orqanlarının rəhbərləri, ziyalılar və məktəb şagirdləri iştirak etdilər.
    Tədbir
    iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə dərin ehtiram əlaməti olaraq gül dəstələri
    düzdülər.Sonra tədbir
    iştirakçıları Heydər Əliyev Mərkəzində oldular. Burada Ulu öndər Heydər
    Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verildi.Tədbiri giriş sözü
    ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və
    humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva bildirdi ki, dahi şəxsiyyət
    Heydər Əliyevin hakimiyyətə qayışıdı Azərbaycan xalqının çağırışı idi. Ulu öndər
    xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıtdı və 15 iyunda
    Ali Sovetin sədri vəzifəsinə seçildi. Məhz bu gün müasir Azərbaycan dövlətinin
    tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Ulu öndər Heydər Əliyev
    ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanı fəlakətlərdən qurtardı. Ölkədə
    ictimai asayiş bərpa olundu, hərcmərlik aradan qaldırıldı və xalqın dövlətə
    olan inamı geri qaytarıldı. Azərbaycan beynəlxaq münasibətləri qurdu və ölkəmizin bir dövlət kimi dünya birliyinə inteqrasiyası başladı. Ulu öndərin dövlətimiz və
    xalqımız qarşısında misilsiz xidmətlərindən biri də özündən sonra dövlətimizi əmin
    addımlarla inkişafa aparan layiqli davamçı yetişdirməsidir. Bu gün Ümummilli
    liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən
    siyasəti nəticəsində ölkəmiz gündən-günə daha da inkişaf edir və beynəlxalq arenada
    söz sahibinə çevrilir. Daha sonra
    "Tarixin şanlı zəfəri" adlı sənədli film nümayiş etdirildi.  Xocalı rayon
    ziyalısı Şükür Bəşirov çıxış edərək ovaxtkı səsriştəsiz rəhbərlərin ucbatından
    torpaqlarımızın işğala məruz qaldığını dedi. 1988-ci ildə Moskvada
    Respublikamızın daimi nümayəndəliyində ilk dəfə Heydər Əliyevin Azərbaycana rəhbərlik
    etməsi təklifini vermiş, Xocalı faciəsindən sonra mart ayının 2-də Ağdam şəhərində
    Xalq Cəbhəsi binasının qarşısında təşkil olunan mitinqdə Azərbaycanı bu bəladan
    ancaq Heydər Əliyev qurtara bilər və əgər Azərbaycan xalqı özündə iradə tapıb
    Heydər Əliyevi hakimiyyətə gətirməsə, Laçın və Şuşa işğal olunacaq şüarlarını səsləndirmiş Şükür Bəşirov çıxışında həmin illər ölkədəki baş verən siyasi -
    iqtisadi böhrandan məlumat verdi. 1997-ci ilin iyun ayının 17-də Ulu öndərlə
    görüşünün təəssüratlarını qürur və fəxr hissi ilə danışdı.  Xocalı şəhər 1
    saylı tam orta məktəbin tədris işləri üzrə direktor müavini Aydın Həsənov
    çıxışında bildirdi ki, Heydər Əliyev hakimiyyətə qayıdanda onu ölümlə hədələyirdilər.
    Ancaq Heydər Əliyev deyirdi ki, mən Azərbaycan xalqının yolunda öz canımdan
    keçməyə hazıram. Heydər Əliyevə Vətən yolunda şəhidlik qismət olmasa da, o şəhidlik
    yolunu seçmişdi. Dahi şəxsiyyət Heydər Əliyevin dühasını heç bir rəssam fırçası
    olduğu kimi vəsf edə bilməz. Heydər Əliyev Azərbaycanı dirçəltdi. Bütün dünyada
    yaşayan azərbaycanlılar üçün Azərbaycan bir istinad yerinə çevrildi. Bu gün
    onun layiqli davamçısı Prezident İlham Əliyev əsl sərkərdə kimi xalqı öz ətrafında
    cəmləşdirib. Azərbaycanı daha uğurlu gələcəyə aparır. Yekun olaraq söz
    Xocalı rayon İH-nin başçısı Şahmar Usubova verildi. Rayonumuzun icra
    başçısı çıxışında bildirdi ki, hər bir dövlətin formalaşmasında bir dahi şəxsiyyət
    rol oynayır. Azərbaycanın dövlət olması Heydər Əliyevin adı ilə bağlıdır. Heydər
    Əliyev birinci hakimiyyətə dövründə çalışırdı ki, ölkəmiz hərtərəfli inkişaf
    etsin ki, müstəqillik dövründə özünü idarə edə bilsin. Ulu öndər bu prosesləri
    70-ci illərdən başlatmış və nail olmuşdur. Ümummilli lider Azərbaycanı aqrar kənd
    təsərrüfatı ölkəsindən sənaye ölkəsinə çevirmişdir. Müstəqilliyimizin ilk illərində
    səriştəsiz rəhbərlər Azərbaycanı xaosa salmışdı, vətəndaşlıq müharibəsi baş
    vermək üzrə idi, krimonegen vəziyyət yaranmışdı. Azərbaycanı bütün bu bəlalardan
    xalqımızın xilaskar oğlu, Ümummilli lider Heydər Əliyev xilas etdi.Şahmar Usubov qeyd etdi ki, Heydər Əliyevin bünövrəsini qoyduğu inkişaf yolunun nəticəsi
    olaraq ölkəmizin iqtisadi yüksəlişi başladı, ordu quruculuğu prioritet sahə
    kimi diqqətdə saxlanıldı. Ulu öndər Heydər Əliyevin siyası varisi, özü qədər inandığı Prezident İlham Əliyev Vətən müharibəsində ata nəsihətini yerinə yetirdi. 44 günlük müharibədə Prezident İlham Əliyevin qətiyyətli
    mövqeyi həm ordumuza, həm də xalqımıza ruh yüksəkliyi verdi. Vətən müharibəsində
    informasiya cəbhəsində təkbaşına mübarizə aparan ölkə başçısı xalqımızın haqlı
    mövqeyini layiqincə müdafiə etdi.Tədbirin sonunda
    Xocalı şəhər 1 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda bədii
    kompozisiya nümayiş etdirdilər. Şagirdlər Ulu öndər Heydər Əliyevə, dövlət rəmzlərimizə və
    Vətən müharibəsinə həsr edilmiş şeirlər səsləndirdilər.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib42 dəfə
    Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xocalılar üçün nicat yolu oldu

    Maraqlı gələ bilər
    73